agciceyim

Status necə qazanılır?

"Ağ Çiçəyim" onlayn mağazasında müştəri statuslarını əldə etmək və daimi endirimlərdən istifadə etmək üçün aşağıdakı addımları izləməlisiniz:

Qeydiyyatdan keçin

Ağ Çiçəyim onlayn mağazasında hesab yaradın. Qeydiyyat zamanı şəxsi məlumatlarınızı düzgün formada doldurmağınız xüsusilə önəmlidir.

Statuslara yüksəlin

SILVER status:
Qeydiyyatdan dərhal sonra, SILVER statusu və bütün onlayn alış-verişlərinizdə 2% endirim əldə edəcəksiniz. Bu statusda olarkən etdiyiniz onlayn sifarişlər sizi GOLD statusuna yüksəldəcək.

GOLD status:
GOLD statusa yüksəlmək üçün, uğurlu onlayn sifarişlərinizin məbləği toplam 300 AZN -dən çox olmalıdır. GOLD statusunda olarkən bütün onlayn alış-verişlərinizdə 5% endirim əldə edəcəksiniz.

PLATINUM status:
PLATINUM statusa yüksəlmək üçün, uğurlu onlayn sifarişlərinizin məbləği toplam 650 AZN - dən çox olmalıdır. PLATINUM statusunda olarkən bütün onlayn alış-verişlərinizdə 10% endirim əldə edəcəksiniz.

DIAMOND status:
DIAMOND statusa yüksəlmək üçün, uğurlu onlayn sifarişlərinizin məbləği toplam 1000 AZN - dən çox olmalıdır. Bu statusda daimi bütün onlayn alış-verişlərinizdə 15% endirim əldə edəcəksiniz.

Ad gününüzü qeyd edin

"Ağ Çiçəyim" sizin üçün ad gününüzdə özəl hədiyyələr və təbriklər hazırlayır. Bu üstünlüyü əldə etmək üçün qeydiyyat zamanı doğum günü tarixinizi düzgün qeyd etməyiniz vacibdir.

Nəzərə almaq vacibdir:

Əgər qeydiyyatdan keçib, profilinizi tam doldurmamısınızsa, hesabınıza daxil olub (sizin e-poçtunuz sizin logindir), "Tənzimləmələr" bölməsindən şəxsi məlumatlarınızı düzgün formada doldurmağınız mütləqdir. Lazımı məlumatlar doldurulduqdan sonra "Yadda Saxla" düyməsini basın.

Alıcı profilində məlumatlarınız səhv olarsa (soyad, adı, telefon nömrəsi, e-poçt ünvanı), profiliniz etibarsız hesab edilə bilər. Bu səbəbdən, əmin olun ki, məlumatlarınız düzgün və tamdır.

Status endirimləri yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün nəzərdə tutulub.

Əgər status endirimlərində problem yaşayarsınızsa, müştəri xidmətləri ilə əlaqə saxlayın (+99455 350 21 21).

Status endirimlərindən yalnız onlayn alış-veriş zamanı faydalana bilərsiniz. Çatdırılma xidmətləri bu endirimlərə daxil deyil.

"Ağ Çiçəyim" onlayn mağazasından alış-veriş edərkən statusunuzdan istifadə edin və daimi endirimlərdən yararlanın!