agciceyim

Xidmətlər

Xoşbəxt anların ömür boyu xatırlanması üçün tərtib və dizayn işlərini peşəkarlara həvalə edin.

Təklif olunan xidmətlər

Hər bir şənlik yaxud tədbir özünəməxsus atmosferi və məkanın eksklüziv dekorasiyası sayəsində xüsusi ola bilər.

"Ağ Çiçəyim"-in geniş çeşidli məhsulları, bəzək əşyaları, aksessuarları, hədiyyələrı, eləcə də orijinal dizayn təklifləri, sizin və sevdiklərinizin önəmli anlarını heyrətamiz, unudulmaz bir şənliyə çevirəcək.

Biz fərqli materiallardan hazırlanmış hər növ müasir dekorlar təqdim etməyə hazırıq. İşimizdə tekstil, təbii və süni çiçəklərdən, aksessuarlardan, çap materiallarından, işıqlı dekorlardan və s materiallardan istifadə olunur.

Təşkil etdiyimiz əsas tədbir növləri:

  • Toy salonunun bəzədilməsi
  • Yubileylər, ad günləri
  • Uşaq tədbirləri
  • Korporativ
  • Yeni il və digər bayramlar
  • Rəsmi tədbirlər
  • Sərgilər, mağaza açılışları və s.

    Əsas dekorasiya növləri:

  • Yeni il ağacları və bəzəkləri
  • Şarlar ilə dizayn
  • Arka
  • Fotozona
  • Ad günü bəzəkləri, şənliklərinizi daha xüsusi etmək üçün və s. digər dekorlar.