Fikus Robusta
90.00₼
Təsvir: Yetişmə dövründə bitkinin suya olan tələbatı yetərincə çoxdur.Yazdan payızadək bitki vaxtı-vaxtında sulanmalıdır,lakin dibçəyindəki torpaq həmişə yaş olmamalıdır,bu bitkinin kökünün çürüməsinə səbəb olur.Sentyabr ayının əvvəlində sulama tədricən azaldılır,qışda isə 10 gündən bir sulamaq kifayətdir.Fikusa ev şəraitində baximda, üzərinə su sərpilməsini vacibdir.Bu zaman suyun ilıq olmasına diqqət edilməlidir.Bu prosesdən sonra bitkinin yarpaqlarında qalan su izlərini nəm və yumşaq dəsmal ilə silmək kifayətdir.Bu onun yarpaqlarını təmizləyəcək və parlaq edəcəkdir.